Kateqoriyalar
Sırala
ID 0133740

Din Xadimlərinin II Forumu çərçivəsində silsilə ziyarətlər

Din Xadimlərinin II Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə, Özbəkistan və Qazaxıstandan olan nümayəndə heyətləri Fəxri xiyaban və Zəfər abidəsini ziyarət ediblər. Forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub. Din xadimləri, həmçinin, Heydər Məscidində vəhdət namazı qılıb, ardınca Azərbaycan İlahiyyat İnstitutunda olublar. Daha sonra iştirakçılar Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını və Dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər.

Digər fotolar
arrow-up