Kateqoriyalar
Sırala
ID 0134218

“Zəfər yolu” əsərinin müəllifi, heykəltaraş Cavidan Rəhmətov

26 yaşlı heykəltaraş Cavidan Rəhmətov İkinci Qarabağ müharibəsində qazanılan qələbəni əks etdirən “Zəfər yolu” əsəri ilə tanınır. Gənc heykəltaraş Xaçmaz rayonunda anadan olub və burada yerləşən Uşaq İncəsənət məktəbini bitirib. Daha sonra hərbi xidmətə yollanan Cavidan müharibənin başlanması ilə əlaqədar könüllü şəkildə İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək medallarla təltif olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Xaçmazda öz rəssamlıq kursunu açıb. Sənətə olan marağı nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirməyə qərar verib. Hazırda heykəltaraşlıq ixtisasının IV kurs tələbəsi olan Cavidan Rəhmətov akademiyada yerləşən emalatxanada fəaliyyət göstərir.
 

Digər fotolar
arrow-up