Kateqoriyalar
Sırala
ID 0134355

Bir əsrə yaxın yaşı olan Azərbaycan Tibb Universiteti

Azərbaycan Tibb Universiteti (ATU) minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin görkəmli alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılıb. Təxminən bir əsrdir fəaliyyət göstərən ATU hazırda zəngin maddi-texniki baza, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyalara sahib elm və tibb ocağıdır. Universitetin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır.

Digər fotolar
arrow-up