Kateqoriyalar
Sırala
ID 0134595

28 dekabr - “Vəkil günü” peşə bayramı

Hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 13 noyabr 1980-ci ildə təsis edilmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. Hazırda ölkə ərazisində fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2770 nəfər təşkil edir. Bu üzvlərdən biri də 1993-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Kamandar Nəsibovdur. O, 40 il hüquq sahəsində, 20 il isə vəkil kimi çalışıb. Öz sahəsi ilə bağlı orijinal kolleksiyaya sahib olan Kamandar Nəsibov dünyanın bir çox ölkəsindən hakim, prokuror və vəkillərin mantiyalarını toplayıb. 2019-cu ildən bu maraqlı kolleksiyanı yığmağa başlayan vəkil Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər müxtəlif qitələrdən topladığı 100-dən çox cübbəni muzeyə çevirdiyi bürosunda sərgiləyir. Onun arzusu bütün dünya ölkələrinə məxsus mantiyaları şəxsi kolleksiyasına daxil etməkdir. 

Digər fotolar
arrow-up