Kateqoriyalar
Sırala
ID 0135815

“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdamda görülən bərpa-quruculuq işləri

2021-ci ilin 28 mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkı Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" ilə birlikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi aktivliyini artırmaq, Qarabağın sənaye potensialını inkişaf etdirmək, sahibkarlığı dəstəkləmək və buraya köçürüləcək əhalini dayanıqlı iş yerləri ilə təmin etmək üçün nəzərdə tutulub. Park ərazisindəki müəssisələrdən biri olan "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) texniki direktoru Ruslan Şıxəliyev müəssisədə Azərbaycanda ilk dəfə olaraq, elektromobillərin şarj cihazlarının istehsal olunduğunu bildirib.

Digər fotolar
arrow-up