Kateqoriyalar
Sırala
ID 0135866

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür: Azərbaycan xalqı şəhidlərinin xatirəsini yad edir

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Ümumxalq Hüzn Günü kimi qeyd olunan bu tarixdə Azərbaycan xalqı Şəhidlər xiyabanına axın edərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir. 

Digər fotolar
arrow-up