Kateqoriyalar
Sırala
ID 0135983

20 Yanvar şəhidlərinin xatirəsi metronun “20 Yanvar” stansiyasında anılıb

“Bakı Metropoliteni”nin "20 yanvar" stansiyasında 20 Yanvar Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib. Stansiya platformasında qərənfillərdən ibarət kompozisiya yaradılıb, metropoliten əməkdaşları və sərnişinlər 20 Yanvar şəhidlərini yad edib. Saat 12:00-da metronun bütün stansiyalarında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, qatarlardan bir dəqiqə ərzində fit verilib.

Digər fotolar
arrow-up