Kateqoriyalar
Sırala
ID 0136037

Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələri

Xocavənd rayonunun dağlıq hissəsində yerləşən Qırmızı Bazar qəsəbəsi də coğrafi mövqeyi, tarixi keçmişi və strateji əhəmiyyəti baxımından xüsusi əhəmiyyətə malikdir. Bura tarixən həm təbii relyefi, həm də yerləşdiyi yol qovşaqları baxımından bölgənin mühüm yaşayış məntəqələrindən biri kimi tanınıb. Qəsəbənin yerində əvvəllər bazar mövcud olub, adına Qırmızı Bazar deyilməsi də məhz bu səbəbdəndir. Yaşayış məntəqəsi 1947-ci ildə isə şəhər tipli qəsəbə statusunu alıb. Bura Ağdərə və Xankəndi arasında əlaqə yaradan ən mühüm yol qovşaqlarından biri hesab edilir. Yavər Qurbanov Qırmızı Bazar qəsəbəsinə qayıdan ilk sakinlərdən biridir. Dörd nəfərlik ailəsi ilə birlikdə yenidən doğma yurdunda kök salan qəsəbə sakini artıq təsərrüfatla məşğul olduğunu, gələcəyə ümidlə baxdığını bildirir. Bu illər ərzində Ağcabədidə, Beyləqanda, Bakıda müxtəlif yaşayış məntəqələrində və yataqxanalarda yaşamağa məcbur olduğunu deyən Yavər Qurbanov indi dövlət tərəfindən verilən 6 otaqlı evdə yaşamaqdan məmnunluğunu ifadə edib.

Digər fotolar
arrow-up