Kateqoriyalar
Sırala

#qırmızı bazar qəsəbəsi

Qırmızı bazar qəsəbəsi

Xocavənd rayonunun dağlıq hissəsində yerləşən Qırmızı Bazar qəsəbəsi, özünəməxsus coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə Qarabağın mühüm yaşayış məntəqələrindən biridir. Tarixən bölgənin mühüm ticarət qovşağı olan bu ərazi, adını burada vaxtilə fəaliyyət göstərən bazardan almışdır. 1947-ci ildə şəhər tipli qəsəbə statusu alan Qırmızı Bazar, Ağdərə və Xankəndi arasında əlaqə yaradan ən mühüm yol qovşağı kimi tanınır. "Böyük Qayıdış" proqramı çərçivəsində qəsəbə artıq öz doğma sakinlərini qarşılayır. Qəsəbəyə qayıdan ilk sakinlərindən biri olan Yavər Qurbanov, dörd nəfərlik ailəsi ilə birlikdə yenidən doğma yurdunda məskunlaşıb. Uzun illər müxtəlif rayonlarda müvəqqəti yaşamağa məcbur olan sakin, hazırda dövlət tərəfindən təmin olunan geniş 6 otaqlı mənzildə yaşayır. Artıq təsərrüfatla məşğul olmağa başlayan qəsəbə sakinlərinin əsas məqsədi bu qədim yurd yerini yenidən dirçəltmək və gələcəyə ümidlə baxmaqdır.
arrow-up