Kateqoriyalar
Sırala
ID 0136121

20 Yanvar şəhidi Firuz Cabbarovun bacısı Gülanə Cabbarova

Gülanə Cabbarova 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan Firuz Cabbarovun bacısıdır. Onun sözlərinə görə, hadisələr zamanı qardaşının cəmi 18 yaşı olub. Kəlbəcər rayonunda dünyaya gələn Firuz Cabbarov təhsil almaq məqsədilə Bakıya gəlib və həmin dövrdə ölkədə baş verən haqsızlıqlara biganə qala bilməyərək xalqın mübarizəsinə qoşulub. 20 Yanvar gecəsi yaralanan Firuz Cabbarovu faciədən üç gün sonra ağır vəziyyətdə Kəlbəcərə gətiriblər. O, aldığı ağır xəsarətlər səbəbindən bir müddət sonra vəfat edərək şəhidlik zirvəsinə ucalıb.

Digər fotolar
arrow-up