Boks üzrə Azərbaycan çempionatı
Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start verilib. Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəni təmsil edəcəklər.
Digər fotolar
