Kateqoriyalar
Sırala
ID 0136404

Bir zamanlar Tağıyevin Qızlar məktəbinin yerləşdiyi Əlyazmalar İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 1898-1901-ci illərdə milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən Qızlar məktəbi olaraq inşa edilib. Binanın layihə müəllifi 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskidir. Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə əks etdirən binada 1915-ci ilin sentyabrından pedaqoji kurslar fəaliyyətə başlasa da, iki il sonra iqtisadi çətinliklər səbəbilə fəaliyyətini dayandırıb. 1918-ci il dekabrın 7-də Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi olub. Həmin il Cümhuriyyətin ilk bayrağı da məhz bu binada qəbul edilib. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti bu binada yerləşib. 1920-1937-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşayıb. 1982-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu buraya köçürülüb. 

Digər fotolar
arrow-up