Kateqoriyalar
Sırala
ID 0136489

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə - 103 nəfər köçürülüb.

Digər fotolar
arrow-up