Kateqoriyalar
Sırala
ID 0136689

Xocalının Ballıca kəndinə qayıdan Hümbətovlar ailəsi

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə "Böyük Qayıdış" proqramı uğurla davam etdirilir. Doğma yurdlarına qayıdan sakinlərin məskunlaşdığı ərazilərdən biri də Xocalı rayonudur. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalıya geri dönən Hümbətovlar ailəsi rayonun Ballıca kəndinin ilk sakinlərindəndir. Ailə doğma ata-baba yurdları olan Kosalar kəndindən didərgin düşüb. Kənan Hümbətovun sözlərinə görə, onlar, Göyçay, Gəncə, Hacıkənd rayonlarında 33 il məcburi köçkün həyatı yaşayıblar. Üç oğul sahibi olan Kənan Hümbətov nümayəndəlikdə işlə təmin olunub. Oğlanlarından biri Xocavənd rayon Yanğından Mühafizə Hissəsində, digəri Xocalıda "Azərişıq"da çalışır. Kiçik oğlu isə diplomunu alacağı günü gözləyir. Beləcə, otuz illik işğal dövründə ev-ev, yuva-yuva sökülüb talanan, infrastrukturu yerlə bir edilən Qarabağda torpağın əsl sahibləri yurd salır, ev tikir, o torpağa həyat qaytarır və bununla da qürur duyurlar. Afinə Hümbətova isə Kosalar kəndinin mübarizə əzminə heyfslənərək çoxlu şəhid verdiklərini xatırladır. O deyir ki, həyat yoldaşı, böyük qardaşı və qardaşının oğlu Birinci Qarabağ müharibəsi zamanı çiyin-çiyinə döyüşüb. Özü də beş uşaqla Kosalardan Hacıkəndə qədər tək gedib. Ailənin bir oğlu isə məhz həmin döyüşlərdə Ballıqaya ətrafında şəhid olub. 

Digər fotolar
arrow-up