#afinə hümbətova
Afinə Hümbətova
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin doğma yurdlarına köçürülməsi sürətlə davam edir. Bu qayıdışın ən təsirli səhifələrindən biri Xocalı rayonunun Ballıca kəndində məskunlaşan Hümbətovlar ailəsidir. Kosalar kəndindən didərgin düşərək 33 il məcburi köçkün həyatı yaşayan ailə, artıq ata-baba torpaqlarında yeni həyata başlayıb.
Ailə başçısı Kənan Hümbətov və oğulları Xocalı və Xocavənd rayonlarında müvafiq iş yerləri ilə təmin olunublar. Bu ailənin taleyi həm kədərli keçmişi, həm də qürurlu gələcəyi özündə birləşdirir; Birinci Qarabağ müharibəsində şəhid verən Hümbətovlar üçün bu qayıdış həm də bir mənəvi zəfərdir. Dağıdılmış infrastrukturun bərpası ilə yanaşı, torpağın əsl sahiblərinin qayıdışı Qarabağın dirçəlişinin ən böyük sübutudur.