Kateqoriyalar
Sırala
ID 0136815

"Suqovuşan" və "Köndələnçay" su anbarları

İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildən etibarən aktiv mərhələyə keçib. Belə ki, həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını yeni mərhələyə yüksəldib. Tərtərçay Hidroqovşağının istismar idarəsinin baş mütəxəssisi Hafiz Səfərov "Suqovuşan" su anbarı barədə açıqlama verərək bildirib ki, bu su anbarı işğal dövründə yararsız hala salınıb. Onun sözlərinə görə, "Suqovuşan" su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir. Baş mütəxəssis əlavə edib ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.
 

Digər fotolar
arrow-up