Kateqoriyalar
Sırala
ID 0137043

Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi

Azərbaycanın Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın Bakı şəhərində yerləşən ev-muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 23 iyun tarixli sərəncamı əsasında yaradılıb. Muzeyin ekspozisiyası 31 may 2025-ci il tarixində ziyarətçilərin ixtiyarına verilib. Rəsul Rza bu mənzildə 1938–1981-ci illərdə xanımı, Xalq şairi Nigar Rəfibəyli ilə birgə yaşayıb. XIX əsrə aid tarixi binada yerləşən muzey dörd ekspozisiya zalından ibarətdir. Muzeydə şairin şəxsi əşyaları, əlyazmaları, sənədləri, afişaları, fotoşəkilləri və onun həyat və yaradıcılığını əks etdirən digər qiymətli materiallar nümayiş etdirilir. Hal-hazırda muzeyin fondunda 5026 eksponat mühafizə olunur.
 

Teqlər
Digər fotolar
arrow-up