Kateqoriyalar
Sırala
ID 0137127

Ənənəvi və müasir üsullarla naxış sənətini yaşadan Kamilə Quliyeva

"ABADçı" Kamilə Quliyeva artıq 15 ildir ki, ipək üzərində tikmə və naxış sənəti ilə məşğuldur. Onun atelyesində hər bir iş xüsusi diqqət və incə yanaşma tələb edir. Bu yanaşmanı təmin etmək üçün Kamilə Quliyeva özəl ixtiraları və fərdi üsullarından istifadə edir. Onun işləri arasında həm geyim aksesuarları, həm də ev üçün interyer bəzəkləri diqqət çəkir. Bütün işlərində qədim kəlağayı üzərindəki rəngarəng naxışlardan və xalça sənətinin həndəsi ornamentlərindən ilham alır. O,  Azərbaycan xalça sənətinin zənginliyinə, Şəki ipəyinin yumşaqlığına və Baskal yaylıqlarının rəngarəngliyinə vurğun olduğunu deyir. Onun fikrincə, xalça naxışlarının müxtəlif formaları və kəlağayı üzərindəki işləmələr qədim nəsillərin bizə göndərdiyi həyat təsəvvürlərinin kodlarıdır. Bu kodları yaşatmaq və bu gözəlliyi daha çox insanla bölüşmək Kamilə Quliyevanın əsas məqsədidir.

Teqlər
Digər fotolar
arrow-up