Kateqoriyalar
Sırala
ID 0137777

Rubik kubları ilə portretlər hazırlayan Həzrət Məmmədrzayev

Rubik kubları ilə portretlər yaradan Həzrət Məmmədrzayevin bu əşya ilə tanışlığı cəmi 3 yaşında ikən olub. O, 2015-ci ildə Türkiyənin “Yetenek sizsiniz” yarışmasında iştirak edərək finala qədər gəlib. Hazırda marketinq sahəsində çalışan Həzrət Məmmədrzayevin rəssamlıq təhsili olmasa da, o, Rubik kubları vasitəsilə müxtəlif portretlər yaradır. Əvvəlcə proqramlaşdırma vasitəsilə rəqəmsal formatda eskizlər hazırlayır, daha sonra onları Rubik kubları ilə mozaik rəsmlərə çevirir. İndiyədək 140-dan çox mozaik rəsmi tamamlayıb. Bu rəsmlərdə minimum 616, maksimum 4000-ə qədər Rubik kubundan istifadə edib. Onun üçün xüsusi əhəmiyyət kəsb edən əl işi isə yeni dünyaya gələn oğlunun bir günlük fotosundan hazırladığı portretdir.

Digər fotolar
arrow-up