Kateqoriyalar
Sırala
ID 0137956

Psixiatr Əmrah Abdullayev

Psixiatr Əmrah Abdullayev 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Həmin il təhsilini davam etdirərək Respublika 1 Saylı Ruhi-Əsəb Xəstəxanasında internatura keçib. 2012–2016-cı illərdə Türkiyədə Ankara Universiteti Tibb Fakültəsinin Ruh Sağlığı və Xəstəlikləri (Psixiatriya) kafedrasında uzmanlıq təhsili alıb. Peşəkar fəaliyyəti dövründə koqnitiv-davranışçı psixoterapiya, qısa təcili psixoterapiya, qrup psixoterapiyası və sxem terapiyası sahələrində təlimlər keçərək bilik və bacarıqlarını təkmilləşdirib. Hazırda psixologiya və psixoterapiya sahəsində geniş tətbiq olunan hipnoterapiya üsullarından istifadə edərək pasiyentlərin fərdi ehtiyaclarına uyğun müasir, elmi əsaslı yanaşmalar tətbiq edir.

Digər fotolar
arrow-up