Kateqoriyalar
Sırala
ID 0137985

Bakının Lev Tolstoy küçəsində baş verən yanğın

Bakının Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda baş verən yanğın nəzarət altına alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb və Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Yanğınla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb. Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.

Teqlər
Digər fotolar
arrow-up