Kateqoriyalar
Sırala
ID 0138546

Qobelen ustası, Əməkdar rəssam Adil Şıxəliyev

Qobelen xovsuz xalça olaraq ayrıca dekorativ sənət növü kimi tanınmaqdadır. Hazırlanma texnikasının əsasını fikir, ideya və öncədən çəkilmiş eskiz təşkil edir. Dünyada geniş yayılmış qobelen sənəti Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənəti sayılır. Bu sənətin ənənələrini öz yaradıcılığında yaşadan və inkişaf etdirən Əməkdar rəssam Adil Şıxəliyev 1946-cı ildə anadan olub. Qobelençi rəssam Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1981-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Adil Şıxəliyevin xalça, palaz, kilim, zili və s. toxuma texnikalarını mükəmməl bilməsi orijinal əsərlər yaratmasına vəsilə olub. Rəssam milli ruhlu qobelen yaratmaq üçün ənənəvi naxışlardan və ornamentlərdən istifadə edir. Yaradıcılığının əsasını müxtəlif mövzu və texnikalara məxsus qobelenlər təşkil edir. Onun əsərləri Azərbaycanın bir sıra muzey və qalereyalarında qorunub saxlanılır. 

Digər fotolar
arrow-up