Kateqoriyalar
Sırala
ID 0138558

Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı sənət əsərləri

Peşəkar rəssam olaraq fəaliyyət göstərən Naqiyə Rzayeva təsviri sənətin müxtəlif janrlarında əsərlər yaradır. O, yaradıcılığında rəngkarlığın fərqli istiqamətlərini sınasa da, son illərdə əsas diqqətini qum sənətinə yönəldib. Qumla rəsm xüsusi yanaşma və dəqiq qurulmuş süjet xətti tələb edir. Bir əsərin hazırlanması üçün əvvəlcə ideya formalaşır, ardınca süjet ardıcıllığı müəyyənləşdirilir. Bu mərhələ bəzən uzun zaman aparır. Tamaşaçıların 10–15 dəqiqə ərzində izlədiyi performansın arxasında aylarla davam edən zəhmət dayanır. Rəssam bəzi əsərləri üzərində işləyərkən günlərlə, hətta gecələr də fasiləsiz çalışır. Naqiyə Rzayeva qum sənətini filmlə müqayisə edir. Onun fikrincə, qumla rəsm də film kimidir, bir dəfə izlənilir və tamamlanır. Rəngkarlıqdan fərqli olaraq burada süjetin yığılması, ideyanın inkişafı və musiqi ilə vizual təsvirin ahəng təşkil etməsi prosesi daha çətin və məsuliyyətlidir. Rəssam üçün ideya mənbəyi musiqi, poeziya və gündəlik həyat müşahidələridir. Qum sənətində hər detal əvvəlcədən düşünülür və ardıcıllıqla təqdim olunur ki, nəticədə vahid və təsirli kompozisiya yaransın.
 

Digər fotolar
arrow-up