Kateqoriyalar
Sırala
ID 0138983

"Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimi

Bakı Ali Neft Məktəbində "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Müsabiqə "Society for Science" təşkilatı tərəfindən təşkil olunur və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində keçilir. Milli finalda ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri 9 istiqamət üzrə iştirak edirlər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt. Açılış mərasimində məktəblilərin bu istiqamətlərdə hazırladıqları layihələr də təqdim olunur. Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Teqlər
Digər fotolar
icon
arrow-up