Kateqoriyalar
Sırala
ID 0138989

“Sovetski”də qeyd edilən Od çərşənbəsi

Bu gün Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsidir. Od türkün düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb və bu inanc əsrlər boyu qorunaraq bu günə qədər gəlib çatıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Paytaxt Bakının “Sovetski” məhəlləsində də bu ənənə yaşadılır. Tonqallar qalanır, insanlar bir araya toplaşaraq Od çərşənbəsini qeyd edirlər.

Digər fotolar
arrow-up