Kateqoriyalar
Sırala
ID 0139454

Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi

Azərbaycan tarixinin formalaşdığı, dövlətçilik ənənələrinin təşəkkül tapdığı və mədəniyyət mərkəzi olan Gəncə şəhəri zəngin və şanlı tarixi keçmişi ilə şöhrət qazanıb. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi də bu tarixin bir parçası və şahididir. Binanın təməli 1897-ci ildə qoyulub. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti isə burada üç ay fəaliyyət göstərib. Azərbaycan tarixində ilk dəfə baş tutan və 211 qərarın qəbul edildiyi iclas məhz bu binada keçirilib. Burada Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin iş otağı yerləşir. Bundan başqa, muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqa cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar nümayiş etdirilir. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də var. Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal Bəyannaməsi də bu muzeydə nümayiş olunur. Muzeydəki bütün əşyalar və sənədlər ilk versiyada olduğu kimi qorunub saxlanılıb. 

Digər fotolar
arrow-up