Kateqoriyalar
Sırala
ID 0139779

Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Digər fotolar
arrow-up