Kateqoriyalar
Sırala
ID 0139826

Paytaxt küçələrində Novruz bayramına hazırlıq işləri

Paytaxt Bakıda Novruz bayramına hazırlıq işləri aparılır. Şəhərin müxtəlif küçə və meydanları bayram ab-havasını əks etdirən rəngarəng dekorasiyalarla bəzədilib. Park və xiyabanlarda quraşdırılan Novruz atributları, səməni kompozisiyaları, milli ornamentlərlə işlənmiş dekorativ elementlər və işıq installyasiyaları şəhərə xüsusi gözəllik qatır. Görülən bu hazırlıq işləri Novruz bayramının gəlişini daha da hiss etdirir və şəhərə bayram ovqatı bəxş edir. Rəngbərəng və zəngin tərtibat paytaxt sakinlərinin diqqətini cəlb etməklə yanaşı, gələn turistlərin də marağına səbəb olur və onlara Bakı küçələrində bayram əhvalını yaşadır.

Digər fotolar
arrow-up