Kateqoriyalar
Sırala
ID 0139875

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşüb

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Taxılın ümumi çəkisi 1023 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
 

Digər fotolar
arrow-up