Kateqoriyalar
Sırala
ID 0140138

Bakı bulvarında Novruz bayramı münasibətilə hazırlanmış bayram guşəsi

Bakı bulvarında Novruz bayramı münasibətilə ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb. Belə ki, məkanının tərtibatında baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və yenilənməni simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib. Eyni zamanda, Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər yaradılıb. Ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər. Hazırlanan bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb. Məkan ziyarətçilərin asudə vaxtını daha maraqlı və rahat keçirməsi üçün park estetikasına uyğun şəkildə təşkil olunub, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb.

Digər fotolar
arrow-up