Kateqoriyalar
Sırala
ID 0140254

Qoşa Qala meydanında qeyd olunan İlaxır çərşənbə

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Bu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. İlaxır çərşənbədə bütün gün davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqal qalanaraq üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Ölkənin hər yerində xüsusi qeyd olunan Torpaq çərşənbəsində küçələrdə əsl bayram ab-havası hiss olunur. Bayram ənənələri bir çox yerdə olduğu kimi İçərişəhərin tarixi siması olan Qoşa Qala meydanında da xüsusi coşqu ilə qeyd edilir.

Digər fotolar
arrow-up