Kateqoriyalar
Sırala
ID 0140261

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb. İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində tibbi ləvazimatlar daxildir. Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir. Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub. Yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edib. O bildirib ki, Novruz bayramı ərəfəsində Azərbaycanın bu xoş niyyəti olduqca təqdirəlayiqdir və İran üçün çox əhəmiyyətlidir. 

Digər fotolar
arrow-up