Kateqoriyalar
Sırala
ID 0140348

Gəncə şəhərində yerləşən tarixi Cümə məscidi

Qədim Gəncə şəhərində yerləşən Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib. Bu səbəbdən məscid xalq arasında “Şah Abbas məscidi” kimi də tanınır. Görkəmli alim-memar Şeyx Bəhaəddinin layihəsi əsasında inşa edilən məscidin bir hücrəsində böyük Azərbaycan şairi, xəttat Mirzə Şəfi Vazeh də fəaliyyət göstərib. Məscidin XVIII əsrin ortalarında və sonunda baş vermiş tarixi hadisələrdən xəbər verən kitabələrində Gəncə hakimi, bəylərbəyi Qacar Cavad xan Ziyad oğlunun adı çəkilir. Eyni zamanda məscidin və minbərin dağılması, 1795, 1796 və 1809-cu illərdə təmir olunmasından danışılır. Tikilinin giriş portalının kompozisiyasını tamamlayan, sağ və sol tərəfində yerləşən qoşa minarələr sonralar tikilib. Məscidi iki dəfə əsaslı təmir etdirən Gəncə hakimi Cavad xanın məqbərəsi də bu abidənin yaxınlığında yerləşir.   

Digər fotolar
arrow-up