Kateqoriyalar
Sırala
ID 0140637

"İçərişəhər" metrostansiyasında sərgilənən retro vaqonlar

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonların "İçərişəhər" stansiyasında nümayişinə başlanılıb. Sərnişinlər martın 21-dək səhər saat 10:00-dan axşam 22:00-dək sərnişindaşımaya cəlb edilməyən stansiya yolunda vaqonlarla yaxından tanış ola, foto və video çəkə bilərlər. SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş “A” tipli, həmçinin “Q” və “Ej” tipli vaqonlar bayramla əlaqədar xüsusi bəzədilib, Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gəlib. Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək “İçərişəhər” metrostansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.

Digər fotolar
arrow-up