Kateqoriyalar
Sırala
ID 0140728

Ramazan bayramı münasibətilə Əjdərbəy məscidində qılınan bayram namazı

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə Bakıda Əjdərbəy məscidində saat 08:00-da bayram namazı qılınıb. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb. Azərbaycanda isə bu bayram 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan ayı insanlara Allaha olan sevgini daha dərindən hiss etdirməklə yanaşı, onlara iradələrini və səbrlərini sınamaq imkanı yaradır. Bu müqəddəs ay insanı daha mərhəmətli və təmiz vicdanlı olmağa yönəldir, bütün bu dəyərlər isə oruc ibadəti vasitəsilə öz əksini tapır. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.

Digər fotolar
arrow-up