Kateqoriyalar
Sırala
ID 0140757

Paytaxt sakinləri Novruz bayramını qeyd edirlər

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir. Bayram münasibətilə Bakıda rəngarəng guşələr yaradılıb, bayram əhvali-ruhiyyəli tədbirlər təşkil olunub. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlanğıcını, gecə ilə gündüzün bərabərləşdiyi günü qeyd etməklə baharın gəlişini müjdələyir. 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycanda Novruz böyük coşqu ilə qeyd olunur. Küçələr bayram atributları ilə bəzədilir, tonqallar qalanır, insanlar qədim ənənələri yaşadır. Bayramın sevilən obrazları olan Kosa və Keçəl şənliklərə xüsusi rəng qatır, paytaxt küçələri isə bayram ab-havası ilə canlanaraq baharın gəlişini hər addımda hiss etdirir.

Digər fotolar
arrow-up