Kateqoriyalar
Sırala
ID 0141020

Abbasqulu ağa Bakıxanovun Əmircanda yerləşən evinin bir hissəsi uçub

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Görkəmli maarifçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Kənd sakinlərinin sözlərinə görə, evin alt qatının daşları artıq çökərək küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə uçacağından və tarixi tikilinin yox olacağından qorxurlar. Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.

Digər fotolar
arrow-up