Kateqoriyalar
Sırala
ID 0141211

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq işləri

"Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq işləri gedir. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq. Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər. Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Digər fotolar
icon
arrow-up