Kateqoriyalar
Sırala
ID 0141365

Kolleksiyaçı Rəhim Sultanovun avtomobil modelləri

Kolleksiyaçı Rəhim Sultanovun avtomobil modellərinə marağı hələ gənclik illərindən başlayıb. İlk vaxtlar o, 1:43 miqyaslı avtomobil maketlərini toplamağa başlayıb. 2013-cü ildən etibarən isə daha iri ölçülü, 1:8 miqyaslı modellərin yığılmasına maraq göstərib. Bu modellərin əsas xüsusiyyəti onların hazır şəkildə satılmamasıdır. Avtomobillər kolleksiyaçıya hissə-hissə göndərilir və bir modelin yığılması üçün bəzən 100-110-a yaxın buraxılış tələb olunur. Hər buraxılışda avtomobilin ayrı-ayrı hissələri təqdim edilir. Kolleksiyaçının sözlərinə görə, maketlər real avtomobillərin quruluşuna maksimum uyğun hazırlanır. Kolleksiyaçı da avtomobili gerçəkdə necə yığılırsa, eyni prinsiplə hissə-hissə birləşdirir. Modellərin bir çoxu isə sonradan rənglənərək tamamlanır. Belə avtomobillərdən birinin tam şəkildə yığılması bəzən bir il yarıma qədər vaxt aparır. Bu isə kolleksiyaçılığın sadəcə avtomobil toplamaq deyil, həm də böyük səbr, diqqət və zəhmət tələb edən bir məşğuliyyət olduğunu göstərir.

Teqlər
Digər fotolar
arrow-up