Kateqoriyalar
Sırala
ID 0141466

İçərişəhərin Kiçik Qala küçəsində, 13-14 saylı bürclərin kəsişdiyi qala divarlarının kiçik bir hissəsində baş verən uçqun

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlumatında bildirilir ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb. Qeyd olunub ki, tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.

Digər fotolar
icon
arrow-up