Kateqoriyalar
Sırala
ID 0142534

Bloqer Anna Şvıqar

Bloger kimi fəaliyyət göstərən Anna Şvıqar 15 il Amerika Birləşmiş Ştatlarında yaşayıb və ailə şirkətlərini qurduqdan sonra Azərbaycana köçüb. Hazırda o, köç təcrübəsi və müxtəlif ölkələrin həyat tərzi ilə bağlı ingilis dilində məzmunlar paylaşır. Anna Şvıqar 23 yaşında ailəsi ilə birlikdə Kiyevdən ABŞ-yə köçüb. Turizm sahəsində təhsil alsa da, burada ixtisasını dəyişərək bir müddət mühəndis kimi fəaliyyət göstərib, ardından isə ailə biznesində çalışmağa başlayıb. Miqrasiya ilə bağlı problemlər və Ukraynaya qayıtmağın mümkün olmaması səbəbindən ailə Bakıya köçmək qərarı verib. Anna Şvıqar bloqer fəaliyyətinə də məhz Bakıda başlayıb. O, Azərbaycanın xüsusilə təhlükəsizlik baxımından onlar üçün uyğun ölkə olduğunu vurğulayır. Eyni zamanda, insanların istiqanlı və yardımsevər olmasını da çox bəyəndiyini bildirir.

Digər fotolar
arrow-up