Kateqoriyalar
Sırala

#anna şvıqar

Anna Şvıqar

Anna Şvıqar: Həyat yolu və bloqerlik fəaliyyətiAnna Şvıqar – müxtəlif ölkələrin həyat tərzi, miqrasiya təcrübələri və mədəniyyətlərarası keçidlər barəsində ingilis dilində maraqlı məzmunlar hazırlayan tanınmış bloqerdir. Onun həyat hekayəsi Kiyevdən ABŞ-yə, ordan isə Azərbaycana uzanan maraqlı bir miqrasiya və uyğunlaşma prosesini əhatə edir. Həyat yolu və təhsiliAnna Şvıqar 23 yaşında ailəsi ilə birlikdə Ukraynanın paytaxtı Kiyev şəhərindən Amerika Birləşmiş Ştatlarına köçmüşdür. O, əvvəlcə turizm sahəsində təhsil alsa da, ABŞ-də ixtisasını dəyişərək bir müddət mühəndis kimi fəaliyyət göstərmiş, daha sonra isə ailə biznesində çalışamağa başlamışdır. Ümumilikdə 15 il ABŞ-də yaşayan Anna və ailəsi miqrasiya prosedurları ilə bağlı çətinliklər və Ukraynaya geri qayıtmağın qeyri-mümkün olması səbəbindən yeni yaşayış yeri axtarışına çıxmış və Bakıya köçmək qərarına gəlmişlər. Bakıdakı fəaliyyəti və bloqerlikAilə biznesini qurub Azərbaycana yerləşdikdən sonra Anna Şvıqar məhz Bakıda bloqerlik fəaliyyətinə başlamışdır. O, sosial şəbəkələrdə və rəqəmsal platformalarda əsasən ölkələrarası köç təcrübəsi, səyahətlər və müxtəlif xalqların həyat tərzi haqqında ingilis dilində paylaşımlar edir. Azərbaycanla bağlı təəssüratlarında ölkənin təhlükəsizlik səviyyəsinin yüksək olmasını, həmçinin yerli əhalinin istiqanlılığını və yardımsevərliyini xüsusi olaraq vurğulayır.
arrow-up