Kateqoriyalar
Sırala
ID 0142797

Diplomatik korpusun nümayəndələrinin Şuşa şəhərinə səfəri

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada inşa edilən Yeni Şuşa məscidini ziyarət ediblər. Nümayəndə heyəti şəhərin sərvətinə çevrilməli olan yeni obyektin inşasının gedişatı ilə tanış olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xarici nümayəndələrə Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib. Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq. 

Digər fotolar
arrow-up