Kateqoriyalar
Sırala
ID 0142811

Diplomatik korpusun nümayəndələrinin Şuşa şəhərinə səfəri

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yerləşən Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər. Xarici diplomatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş bölgəyə qayıdan əhali üçün tibbi xidmətinin yaxşılaşdırılmasına yönəlmiş səylərinə heyran qalıblar. Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir. Diplomatik korpusu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Digər fotolar
arrow-up