Diplomatik korpusun nümayəndələrinin Laçına səfəri
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Laçında Həkəri çayının sahilində olublar. Burada diplomatlar yerli təbiətin gözəlliyini qiymətləndirə biliblər. Daha sonra qonaqlar Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə də tanış olublar. Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir. Bu, xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir.
Digər fotolar
