Kateqoriyalar
Sırala
ID 0143973

WUF13 çərçivəsində keçirilən Qadınların Assambleyası

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyası keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir. Onun sözlərinə görə, azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur. Sədr qeyd edib ki, Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir. O, qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakının artırılmalı olduğunu vurğulayıb. Bahar Muradovanın sözlərinə görə, qadınların strateji planlaşdırmada və qərar qəbuletmə proseslərində bərabər iştirakı şəhərləri təhlükəsiz, əlçatan və insanların ehtiyaclarına daha həssas edir.

Digər fotolar
arrow-up