Kateqoriyalar
Sırala
ID 0144145

WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: Plan nədir?" adlı panel müzakirəsi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: Plan nədir?" adlı panel müzakirəsi keçirilib. Tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, UN-Habitat-ın 2026-2029-cu illər üçün yeni strateji planı qlobal mənzil böhranı ətrafında qurulacaq. Onun sözlərinə görə, mövcud mənzil sistemləri hər kəs üçün işləmir, yaranmaqda olan yeni sistemlərin isə gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var. O qeyd edib ki, WUF13 dünyada mənzil böhranının həlli üçün cavabları və yanaşmaları birləşdirməyə imkan verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva isə bildirib ki, mənzil böhranının həllində qarışıq maliyyələşdirmə, inkişaf banklarının daha güclü iştirakı və beynəlxalq maliyyə institutlarının kirayə mənzil təminatına dəstəyi mühüm rol oynayır.

Digər fotolar
arrow-up