Kateqoriyalar
Sırala
ID 0144852

Dekorativ sənət ustası Nigar Mehdiyeva

Dekorativ sənət ustası Nigar Mehdiyeva 9 il əvvəl fərqli ölkələrdən qəliblər sifariş etməklə müxtəlif dizaynda şamlar hazırlamağa başlayıb. Ekologiya sahəsində təhsil aldığı üçün əl işlərinin forma, detal və rəng seçimində təbiətdən ilham aldığını bildirir. Onun fikrincə, təbiət yaradıcılıq üçün ən böyük ilham mənbəyidir. Zaman keçdikcə yalnız hazır qəliblərdən istifadə etməklə kifayətlənməyib, özü də silikon qəliblər hazırlamağa başlayıb və bu işi daha da peşəkar səviyyəyə yüksəldib. Beləcə, bu fəaliyyət onun üçün sadəcə məhsul istehsalı deyil, eyni zamanda sənətə çevrilib. O, ətrafındakı hər bir əşyaya fərqli baxışla yanaşır və gündəlik detalları belə yaradıcılıq materialına çevirə bilir. Nigar Mehdiyeva bu işin böyük səbr tələb etdiyini vurğulayır. Bəzən bir əl işi üzərində saatlarla, hətta günlərlə çalışmalı olur. Şamın hazırlama prosesi isə onun üçün həm də emosional rahatlama vasitəsidir. Əl işlərində təbii xammala üstünlük verən Nigar Mehdiyeva əsasən soya mumu və bal mumundan istifadə edir. Bununla da o, ekoloji təmiz məhsul istehsalını fərdi dizayn yanaşması ilə birləşdirərək həm vizual keyfiyyəti, həm də təbii tərkibi ilə seçilən əl işləri ərsəyə gətirir.

Digər fotolar
arrow-up