Xalq artisti Səidə Quliyeva
Xalq artisti Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci il də Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və həmin ildən təyinatla Akademik Milli Dram teatrına göndərilib. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladığı V.Şekspirin "Heç nədən hay-küy" komediyasında "Hero" rolu olub. Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında "Bəyim", Ş. Qurbanovun "Sənsiz" dramında "Sevinc", Maksim Qorkinin "Həyatın dibində" əsərində "Nastya", Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular" əsərində "Qaraqoyunlu ana" kimi müxtəlif obrazlar yaradıb. Səidə Quliyeva 2000-ci ildə Azərbaycan Respulikasının Əməkdar artisti, 2012-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. 2008-2009-cu illərdə Prezident mükafatına layiq görülüb.
