Kateqoriyalar
Sırala
ID 0145545

Tətbiqi sənət ustası Mehriban Əliyeva

Tətbiqi sənət ustası Mehriban Əliyeva ixtisasca mühəndis olsa da, nənəsinin xalçaçılıqla məşğul olması incəsənətin onun həyatında mühüm yer tutmasına səbəb olub. Böyüdüyü mühit onu zamanla tətbiqi sənətə yönəldərək müxtəlif əl işləri yaratmağa sövq edib. Bir müddət Özbəkistanda yaşayan Mehriban Əliyeva rəssamlıq məktəbində dekorativ-tətbiqi sənət üzrə dərslər verib və çoxsaylı sərgilərdə iştirak edib. Onun keçə sənətinə marağı isə Bakıda keçirilən keçə sərgisi zamanı yaranıb. Həmin sərgidə özbəkistanlı keçəçilərlə tanış olaraq bu sənətin incəliklərini öyrənib və zamanla bacarıqlarını təkmilləşdirərək peşəkar şəkildə bu sahə ilə məşğul olmağa başlayıb. Tətbiqi sənətin bir çox növünə maraq göstərən Mehriban Əliyeva 25 ildir batika sənəti ilə də məşğuldur. Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi olan batika nazik ipək və pambıq parçalar üzərində xüsusi texnika ilə müxtəlif rəsmlərin yaradıldığı incəsənət növüdür. Əl işlərində milli motivlərə xüsusi önəm verən sənətkar Azərbaycan dekorativ-tətbiqi sənətinin zəngin ənənələrini müasir yaradıcılıqla birləşdirərək orijinal və estetik baxımdan dəyərli əsərlər yaratmağa davam edir.

Teqlər
Digər fotolar
arrow-up